Məkkədə temperatur 52 dərəcəyə çatdı - həyatını itirən zəvvarların sayı mini keçdi...
Səudiyyə Ərəbistanında həcc ziyarəti zamanı istiyə görə həyatını itirən zəvvarların sayı artır. Havanın temperaturunun 52 dərəcəyə yaxınlaşdığı ölkədə həcc ziyarətinə gedən zəvvarlar arasında mindən çox insanın öldüyü bildirilir.
Bundan əvvəl, ərəb diplomatlar, ölənlərin ən azı 323-nün Misir, 60-nın isə İordaniya vətəndaşı olduğunu açıqlamışdı. Başa bir ərəb diplomatı isə AFP-yə bildirib ki, ən azı 600 misirli Həcc ziyarəti zamanı qızmar istilər səbəbindən ölüb.
Son açıqlamalara görə, Həcc ziyarəti zamanı ölənlərin sayı mini keçib. Həyatını itirənlərin əksəriyyətinin qeydiyyatı olmayan zəvvarlar olduğu da bildirilir. Ancaq hansı ölkənin neçə vətəndaşını itirdiyi hələ dəqiq bilinmir.
TAHİR