"Yeni Kaledoniya xalqı Fransa polisinin zorakılığı ilə üzləşib" - nazir Mikael Forrest
"Son bir ay ərzində Fransa hökuməti bizə Yeni Kaledoniyada çox çətin günlər yaşadıb." Bu sözləri Bakı Təşəbbüs Qrupu tərəfindən iyunun 20-də BMT-də müstəmləkəçiliyə qarşı mübarizəyə dair keçiriləcək konfransda iştirak edəcək Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest deyib.
Onun sözlərinə görə, hazırda bölgədə çoxsaylı hərbçilər var və bütün bunlar əhaliyə, əsasən də qadınlara, uşaqlara neqativ təsir göstərir. Xarici işlər naziri bildirib ki, Yeni Kaledoniya xalqı Fransa polisinin zorakılığı ilə üzləşib.
Mətləb Salahov