“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” başlıqlı Yüksək Səviyyəli Toplantısının ikinci günü keçirilir
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” başlıqlı Yüksək Səviyyəli Toplantısının ikinci günü keçirilir. Mərkəzin üzvləri COP29-un uğurlu olmasına və Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə töhfə verməsinə dəstək məqsədilə aktiv surətdə işləyirlər.
Mərkəzin üzvləri COP29 ilə əlaqədar BMT-nin bir çox qurum rəhbərləri ilə görüşlər keçirir, beynəlxalq tədbirlərdə çıxış edir və BMT Baş Katibinin ofisi ilə işləyərək “Gələcəyin sammit”ində COP29 məsələsinin qaldırılması üzərində danışıqlar aparırlar.
Tədbir 20-ə yaxın ölkədən iqlim dəyişikliyi və dayanıqlı inkişaf sahəsində zəngin təcrübə və qlobal perspektivə malik dünya liderlərini bir araya gətirib. Tədbirdə mitiqasiya və adaptasiya, maliyyələşdirilmə, iqlim dəyişikliyi və onun biomüxtəlifliyə, su və qida təhlükəsizliyinə olan təsirləri, ərzaq və kənd təsərrüfatı sektorunun hazırki vəziyyəti, elm, texnologiya və innovasiyanın rolu kimi mövzular müzakirə olunur. Tədbir çərçivəsində müzakirələr Zəngilan rayonunda davam etdiriləcək.
Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir. Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.
Mətləb Salahov