ABŞ-dan AÇIQLAMA: Yüksək vəzifəli İŞİD üzvü məhv edilib
ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkə hesabında yeni məlumat yayıb. Məlumatda deyilir ki, ABŞ ordusu iyunun 16-da Suriyada hava hücumu həyata keçirərək İŞİD-in yüksək vəzifəli üzvü və vasitəçilərindən olan Usama Camal Məhəmməd İbrahim əl-Cənabini zərərsizləşdirib.
CENTCOM qeyd edib ki, “onun ölümü İŞİD-in resurslar əldə etmək və terror hücumları həyata keçirmək imkanlarını pozacaq”. Bildirilib ki, əməliyyat zamanı mülki vətəndaşlardan xəsarət alan olmayıb.
Mətləb Salahov