Bu rayonda 4 tondan artıq çətənə bitkisi məhv edilib - DİN açıqladı
![Image](/uploads/posts/2024-06/84dec8f7-d769-3727-975e-8aa363cca16e_850.webp)
Ağcabədi rayonunda yabanı halda bitən 4 tondan artıq çətənə bitkisi məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan mətbuata verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” planına uyğun olaraq keçirdikləri tədbirlərlə yabanı halda bitən 4 tondan artıq 3500 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.
Mətləb