"Bu, Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək” - Rusiyadan Qərbə XBƏRDARLIQ
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Paris və İrəvan arasında hərbi əməkdaşlığın gücləndirilməsini şərh edərkən “RİA Novosti”yə bildirib ki, qərbin Cənubi Qafqazdakı gündəliyi heç də həmişə region ölkələrinin maraqlarına uyğun gəlmir. “Region xaricində olanlar Cənubi Qafqaza öz planları ilə gedirlər ki, bu, yumşaq desək, heç də həmişə regional dövlətlərin maraqlarına uyğun gəlmir. Hesab edirik ki, bu, Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə töhfə verməyəcək”, – Qaluzin bildirib.
Rusiyalı diplomatın fikrincə, bölgədə təhlükəsizliyin effektivliyini müvafiq region dövlətlərinin səyləri ilə təmin etmək olar.
Mətləb Salahov