Baş nazirin mühafizəçisi saxlanıldı - seçki barədə mərcə girdiyi üçün...
Böyük Britaniyanın Baş naziri Rişi Sunak daha bir qalmaqalla üzləşib. Britaniya mediasının yazdığına görə, Baş nazirin yaxın mühafizə qrupunda çalışan polis zabiti Britaniyada növbədənkənar seçkilərin tarixə ilə bağlı mərcə girib. Belə ki, mühafizəçi bazar ertəsi günü ictimai vəzifədə qanunsuz davranış şübhəsi ilə saxlanılıb. O, daha sonra əlavə araşdırmalar üçün zaminə buraxılıb.
Mətləb Salahov