Rusiya ATƏT PA-da iştirakını dayandırır...
usiya ATƏT Parlament Assambleyasının işində iştirakını dayandırmağı planlaşdırır. Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Beynəlxalq əlaqələr komitəsinə iyulun 3-də keçiriləcək növbəti plenar iclasda ölkənin ATƏT Parlament Assambleyasının işində iştirakının dayandırılması ilə bağlı qərar layihəsini hazırlamağı tapşırıb.
V.Matviyenko Rumıniyanın Rusiya nümayəndə heyətinə viza verməkdən imtina etməsini “son hədd” adlandırıb və Moskvanın bu münasibətə dözməyəcəyini bildirib.
Qeyd edək ki, Rumıniya Rusiya və Belarus nümayəndə heyətlərinin üzvlərinə ATƏT Parlament Assambleyasının iyunun 29-dan iyulun 3-dək keçiriləcək sessiyasında iştirak etmək üçün viza və ölkəyə giriş icazəsi verməkdən imtina edib. Rumıniya XİN bu qərarı Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatla əlaqələndirib.
ZÜMRÜD