"Azərbaycan dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biridir" - Hikmət Hacıyev
Azərbaycan dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biridir. Ermənistan tərəfindən məqsədyönlü şəkildə yalnız hərbi təyinatlı deyil, müharibədən sonra Azərbaycanın bərpa və quruculuq işlərinə xələl gətirmək, onların sürətini azaltmaq və ləngitmək, həmçinin mülki Azərbaycan insanına qarşı maksimum xətər yetirmək məqsədilə minalardan geniş şəkildə istifadə edilib.
Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Prezident köməkçisi qeyd edib: “Ermənistanın mina siyasətinə baxdıqda görürük ki, təkcə keçmiş təmas xətti boyunca deyil, içərilərdə, hər hansı təyinatı olmayan yerlərdə də minalanma olub. Qəbiristanlıqlara, evlərə, yaşayış məntəqələrinə gedən yolların, cığırların minalanması göstərir ki, məqsəd insanların öldürülməsidir”.
ZÜMRÜD