"Müstəmləkəçilik siyasətini davam edən dövlətlər buna son qoymalıdır" - Prezidentin köməkçisi
Keçmiş müstəmləkə idarəsində olan dövlətlər və bu gündə müstəmləkəçilik siyasətini davam edən dövrətlərin məsuliyyəti ondan ibarətdir ki, onlar müsləmləkəçilik siyasətinə son qoymalıdır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Bu diplomatik bir praktikadır və diplomatik müzakirələrdir. Bununla bərabər, Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatının sədri olub. Qoşulmama Hərəkatının yaranması tarixini bilənlər çox yaxşı anlayırlar ki, Qoşulmama Hərəkatı özü dekolonizasiya mövzusu əsnasında ərsəyə gəlmiş bir təşkilatdır və onun ana fəlsəfəsini və ana xəttini də bu mövzu təşkil edir", - o bildirib.
O qeyd edib ki, bu məsələdə konkret öhdəliyi olan ölkələrdən biri də Fransadır.
"Hansı ki, Fransa dənizaşırı regionları dekolonizasiya mandatına düşən ərazilərdir. Bu problemləri həll etmək, yerli xalqların etirazlarına qulaq asmaq əvəzinə, digər ölkələrə qarşı ittihamlar irəli sürülməsini heç bir halda düzgün hesab etmirik", Hacıyev əlavə edib.