"Rusiya ilə Şimali Koreyanın yaxınlaşmasından narahatıq" - ABŞ-dan AÇIQLAMA
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Vladimir Putinin Pxenyana səfəri fonunda Rusiya ilə Şimali Koreya arasında münasibətlərin dərinləşməsindən narahatdır. “European Truth” xəbər verir ki, C. Kirbi keçirdiyi brifinqdə bəyan edib ki, V. Putinin KXDR-ə səfəri ehtimalı Rusiyada keçirilən prezident seçkilərindən dərhal sonra müzakirə edilib, ona görə də Kremlin açıqlaması ABŞ-ı təəccübləndirməyib. "Biz bu səfərdən narahat deyilik, lakin bu iki ölkə arasında münasibətlərin dərinləşməsindən narahatıq" - ABŞ rəsmisi bəyan edib.
ABŞ rəsmisi eyni zamanda bəyan edib ki, Rusiyanın Şimali Koreya silahlarından istifadə etdiyini nəzərə alsaq, Moskva və Pxenyan arasında mümkün razılaşmalar Ukraynadakı vəziyyətə təsir edəcək və “Koreya yarımadasındakı təhlükəsizlik vəziyyətinə təsir edəcək müəyyən qarşılıqlı addımlar” ola bilər.
Mətləb Salahov