Bayden NATO-nun baş katibi ilə görüşüb
ABŞ Prezidenti Cozef Bayden iyunun 17-də Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. Bu barədə Ağ Ev məlumat yayıb.
Tərəflər Rusiya - Ukrayna müharibəsi və Hind - Sakit okean regionundakı vəziyyəti müzakirə ediblər. “Prezident NATO müttəfiqlərinin Ukraynanı dəstəklədiyini, o cümlədən Hind - Sakit okean regionunda təhlükəsizliklə bağlı məsələləri alıqşaladığını bildirib”. - Ağ Evin açıqlamasında belə deyilir.
Mətləb Salahov