Vitse-prezidentin dəfnində 4 nəfər vəfat edib
Malavinin Nsipe kəndində vitse-prezident Saulos Çilimanın dəfn mərasimi zamanı baş verən yol qəzasında 4 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Bu barədə “France-Presse” (AFP) agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, ötən həftə təyyarə qəzasında həlak olan Çilimanın cənazəsi paytaxt Lilonqvedən 180 kilometr cənubda yerləşən doğma kəndinə aparılıb və bu gün dəfn olunacaq.
Mətləb