Medvedev Qərbin Ermənistana vədlərini “neokolonial siçan tələsində” yem dlandırdı - özlərini aldatmasınlar...
Dmitri Medvedev Qərbin loyallıq müqabilində Ermənistana verdiyi vədləri “Neokolonial siçan tələsi” adlandırıb. Bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində yazıb.
D.Medvedev yazıb: “KTMT və Aİİ çərçivəsində müttəfiqlik münasibətləri ilə möhkəmlənən rus və erməni xalqları arasında çoxəsrlik dostluq çoxdandır ki, Vaşinqton və onun müttəfiqlərinin gözündə bir tikana çevrilib. Cənubi Qafqaz Respublikasını Avro-Atlantik düşərgəyə çəkmək üçün böyük qüvvə sərf edilib. Əbəs yerə deyil ki, dünyanın ən böyük Amerika səfirliklərindən biri onun paytaxtında yerləşir. Biz görürük ki, ABŞ, Aİ və NATO-dan olan emissarlar Ermənistanda getdikcə daha tez-tez qonaq olurlar, sağa-sola səxavətli vədlər verirlər. Təbii ki, tam sədaqət müqabilində bu respublikaya qızıl dağlar, o cümlədən Avropa İttifaqına üzvlük təklif edilir”.
Bununla belə, Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavininin fikrincə, Ermənistan özünü aldatmamalıdır. Bu cür vədlər, sadəcə olaraq, “neokolonial siçan tələsində” olan yemdir. “Heç kim Avropa İttifaqının qapılarını erməni xalqının üzünə açmaq niyyətində deyil”, - deyə o vurğulayıb.
Medvedev Avropa Parlamentinin mart ayında qəbul etdiyi Aİ ilə Ermənistan arasında münasibətlərin möhkəmləndirilməsinə dair qətnaməni “öhdəliyi olmayan adi kağız parçası” adlandırıb.