Milli Məclis Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
Milli Məclis 15 iyun - Milli Qurtuluş Günü və Qurban bayramı münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Trend verir ki, bunu parlamentin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası üzrə iyunun 14-də keçirilən iclasında deyib.
Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.