Füzulidə 32 ildən sonra son zəng çalındı
İşğaldan azad olunan ərazilərdə bu il daha bir tarixi gün qeyd olunur. İllərdir xarabalığa çevrilən yurd yerlərimizdəki sahibsiz qalan təhsil ocaqları indi yenidən inşa olunub və şagirdlərinə qucaq açıb. Bu il isə həmin təhsil ocaqlarında məzunlar üçün son zəng sədaları eşidilir. Bu gün Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə də son zəng çalınıb. 465 nəfərin təhsil aldığı məktəbin 8 məzunu var.
Son zəng günündə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb kollektivi və Füzuli şəhər sakinləri iştirak ediblər.
Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb. Sonra məzunların bayraq yürüşü ilə tədbirə start verilib. Çıxış edənlər məktəb kollektivini təbrik edib, onlara uğurlar arzulayıblar.
Mətləb