Fernandu Santuş Bakıda idman obyektləri ilə tanış olub
Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş Bakıda müxtəlif idman obyektləri ilə tanış olub. AFFA-nın rəsmi saytında yer alan məlumatda deyilir ki, portuqaliyalı mütəxəssis bu məqsədlə “Liv Bona Dea Arena”, Milli Komandaların Təlim-Məşq Mərkəzi, Bakı Olimpiya Stadionu, “ASCO Arena” və Tofiq Bəhramov adına Respublika Stadionuna baş çəkib.
Baş məşqçiyə adıçəkilən məkanların hazırkı durumu və orada yaradılan şəraitlə bağlı məlumat verilib.
Mətləb Salahov