KÖHNƏ VERSİYA            

Belə çıxır ki, uşaqlarımız ibtidai sinifdən "kor edilirmiş?" - İmtahandan kəsilmiş müəllimlərin 95 faizi...

Image

Məhərrəm Zülfüqarlı: “Ya universitetlərdə təhsili gücləndirmək lazımdır, ya da bu test məsələsini, müəllimlərin imtahanını yığışdırmaq lazımdır”

Müəllimlərin sertifikasiya imtahanında biabırçı nəticələr üzə çıxıb. 7.296 müəllim imtahan verib, onlardan 3.909-u keçid balını keçə bilməyib. Keçid balını toplaya bilməyənlərin 3.424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimidir.

İmtahanda 1209 ibtidai sinif müəlliminin cavab verə bilmədiyi suallardan biri yayılıb. 509.052 ədədinin sözlə yazılışını 1209 müəllim bilməyib, halbuki, təklif edilən 5 variantdan, sadəcə, düzgün olanı seçmək lazım idi. Bu primitiv, asan, hətta gülməli dərəcədə bəsit sualın doğru cavabını tapıb işarələyə bilməmək nə deməkdir? Müəllimlərimizin bu səviyyədə olması bizə nə vəd edir, çıxış yolu nədədir?

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”- ə açıqlamasında bildirdi ki, bu mövzu Azərbaycanın ən ciddi problemlərindən biridir: “Burada məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Birincisi, məktəblərdə, orta məktəblərdə təhsilin aşağı olması problemini dövlət həll etməlidir, edə bilmir. Orta məktəblərdə, yuxarı siniflərdə uşaqlar dərsə getmir, repetitor yanına gedirlər. Onun hesabına da test üsulu ilə imtahan verib, ali məktəblərə qəbul olurlar. Universitetlərin də bəziləri yüksək səviyyədə təhsil vermək imkanındadır. Ancaq elə universitetlər var ki, təhsil aşağı səviyyədədir. Xüsusilə də regionlarda olan universitetləri misal göstərmək olar. Yenə də deyirəm, bütün bunlar ciddi problemlərdir. Bunu həll etmək lazımdır. O ki qaldı müəllimlərin imtahanla işə götürülməsinə, mən hər zaman demişəm ki, imtahanla götürməyə qalsa birinci nazirlikdən başlamaq lazımdır. Nazirliyin bütün rəhbərliyi bu imtahandan  keçməlidir. Şəxsən mən 1972 - ci ildən müəllim işləyirəm və müəllimlərin hər hansı vəzifəyə təyin olunmuş mücərrəd, fəaliyyəti bilinməyən insanlar tərəfindən imtahan olunması mənə çox acıq gəlir. Mən düşünürəm ki, bu, müəllimlərə təhqirdi. Eyni zamanda icra başçıları da vəzifəyə təyin olunmamışdan imtahan verməlidir. Bilirsiz ki, saxta diplomla icra başçısı təyin olunma faktlari da olub. Bu bizim ağrılı yerimizdi. O ki qaldı adi suallara cavab verməməyə, heç kimə sirr deyil ki, savadsız, hətta saxta diplomla işləyən mütəxəssizlər müəllim kimi fəaliyyət göstərir. Bu tək müəllimlərə aid deyil. İqtisad Universitetinin Dərbənd filialı olub. Universitetə ciddi hazırlaşıb, yüksək balla girən tələbələr olub. Bir semestr sonra məlum olur ki, Dərbəndə  qəbul olanları bura köçürürlər. Onlar da imtahansız götürülürdü. Bu da iqtisadiyyat sahəsini bərbad vəziyyətə qoyan mütəxəssislərdi. Ona görə də düşünürəm ki, tək müəllimlərdən, həkimlərdən yapışmaq lazım deyil. Dediyim problem mühəndislər, iqtisadçılar, hüquqşunaslar arasında də var. Təhsildə köklü islahatlar etmək lazımdır. Anormal hal odur ki, dövlətin bir qurumunun verdiyi diplomu ikinci qurum yenidən yoxlayır. Azərbaycanın hər hansı müəllim ixtisası verən universitetinin məzunu başqa ölkədə işləmək istəyirsə, onun testdən keçirilməsi, yoxlanılması normal haldır. Ancaq dövlətin bir qurumunun verdiyi diploma ikinci qurum şübhəylə yanaşaraq onları yenidən imtahan edirsə, bu anormallıqdır. Ya universitetlərdə təhsili gücləndirmək lazımdır, ya da bu test məsələsini, müəllimlərin imtahanını yığışdırmaq lazımdır. Mən bir daha təkrar edirəm, birinci onlardan imtahan götürənlərin özlərindən başlamaq lazımdır. Mənə ağır gələn odur ki, təhsildə işləməyən, harasa şöbə müdiri təyin olunan insan nəyə görəsə, kimə görəsə televiziyada müsahibə verir və neçə illik stajlı müəllimlərə rəy bildirir. Bu bizim ağrılı yerimizdir. Ona görə də bütün bunlar köklü islahatlar tələb edir və bu islahatlar nəticəsində biz bu problemi həll edə bilərik. Bu imtahanlara gəldikdə isə, heç kim qarant verə bilməz ki, həmin imtahanlarda subyektiv hallar olmur. Ona görə də bir-birimizi aldatmayaq. Onu da demək istəyirəm ki, bu imtahanların kökünün hardan gəlməsini də araşdırmaq lazımdır. Əvvəl belə bir fikir irəli sürülürdü ki, müəllimlərə dövlət qulluqçusu statusu veriləcək. Sonradan gördülər ki, say çoxdur, statusu verə bilmirlər, müəllimlərin etirazının qarşısını almaq üçün belə bir üsuldan istifadə etdilər. Belə də olanda müəllimlərin səsi çıxmayacaq”.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031