KÖHNƏ VERSİYA            

Şəkidə böyük təqdimat - şəhid ailələri, qazilər, ictimaiyyət bir arada idi... - FOTO

Image

Şəhid adını tutub onları dünyaya gətirən, böyüdüb boya-başa çatdıran ataların, anaların görüşünə getmək insanın içini rahatladır, ruhunu dircəldir. Əbədiyyən borclu olduğumuz şəhidlərimizin hər biri bizim üçün xüsusi dəyərə malikdir. 

Ən  həssas nöqtəmiz olan şəhidlərin adlarının, xatirələrinin əbədiləşdirilməsi, onların qısa, lakin zəngin, əsrlərə sığmayan ömür və döyüş yolunun kitablarda yaşadılması bir ənənəyə çevrilib. Bu müqəddəs işin beşiyi başında Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası dayanır. Redaksiyanın baş redaktoru Nəzakət Məmmədova, həmçinin  kollektivin hər bir üzvü bu vacib və məsuliyyətli vəzifənin öhdəsindən ləyaqətlə gəlir, hər şəhid adına, hər şəhid ünvanına həssaslıqla yanaşırlar. 

İyunun 12-si səhər tezdən Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, redaksiya kollektivi, yazıçı Vüsal Nuru, şair-publisist Rəfail Tağızdə və sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı ilə birgə Şəki şəhərinə şəhid ailələrinin görüşünə gedirik. Gözləri yollardan yığılmayan şəhid analarının ağrıyan ürəyinin səsini, qanayan yarasının sızıltısını canımızda hiss edirik.  

Respublika Xatirə Kitabı Redaksiyasının kollektivi ilə Şəki Şəhər Heydər Əliyev Mərkəzində “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin təqdimatını keçirmək üçün yoldayıq, qədim Şəki şəhərinə tələsirik. 

İgid oğullar, cəsur döyüşçülər yetişdirən Şəki tarixən qəhrəmanlar oylağı olub, bu gün də o missiyanı daşıyır. 

Yol uzandıqca uzanır, bəzən adama elə gəlir ki, yol da yorulub, yol da bu yükü daşımaq istəmir. Yol yorğun adama bənzəyirdi. Sanki yol da yorğun düşərmiş bir gün, çünki ondan şəhid balasının dərdindən ürəyi yorğun düşən pərişan analar keçir… 

Hər dəfə ayrı-ayrı rayonlara "44 Gün-Tarixi Zəfər" nəşrinin birinci və ikinci cildini şəhid ailələrinə çatdırmaq və onlarla görüşmək üçün yola çıxanda qəribə hisslər keçiririk. Bəzən o anaların, o ataların gözlərinin içinə baxmaqda tərəddüd edirik, çünki o gözlərdə dağları, yerləri, göyləri ağlayan qüssə var, ələm var. Çünki o gözlər heç yollardan yığılmır, heç   vaxt gülmür, heç vədə sevincdən xəbər vermir. 

Təqdimat mərasiminə Şəki, Oğuz və  Qəbələ rayonlarından olan şəhidlərin valideynləri, yaxınları toplaşmışdı. Atalar qüssəlli, pərişan, anlar qara yaylıqlı, gözü yaşlı... Hansını dindirsən "bir yandan ürəyimin  qan ağlayır, bir yandan da  qürurlanıram ki, oğlum Vətən uğrunda şəhid olub" deyir. Gözləri ağlasa da, ürəklərinin təsəllisi övladlarının uca şəhid adını daşımasıdır. 

Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan təqdimat mərasimində şəhid ailələr ilə  yanaşı, hər üç rayon  icra hakimiyyətlərinin nümayəndələri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təmsilçiləri, habelə rayon ictimaiyyəti iştirak edirdilər. 

Sinələrində oğullarının şəkillərini gəzdirən analar, atalar bir-biriləri ilə çox doğmadılar, onları oxşar dərdləri yaxınlaşdırıb... Bir-birinin dilini, bir-birinin halını hamıdan yaxşı duyan bu qəhrəman valideynlərin hər biri Xatirə Kitabı Redaksiyasının təqdim etdiyi nəşri doğma övladları kimi bağırlarına basdılar... Sanki bu kitab deyil, balalarıdır... 

"Bu yazılar onların yazdıqlarının yanında bir zərrədir…” 

Təqdimatı şair-publisist Rəfail Tağızdə açdı, Azərbaycanın dövlət himni səsləndirildikdən sonra əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Hər şəhidimizin ruhuna içimizdə dualar oxuduq, "haqqınızı halal edin" dedik. 

R.Tağızadə bildirdi ki, biz xalq olaraq şəhidlərimizə borcluyuq, onlar öz qəhrəmanlıqları ilə torpaqlarımızı işğaldan azad etdilər, nəticədə Azərbaycan dövlətinin suverenliyi təmin oldu. 

R. Tağızadə qeyd etdi ki, bütün şəhidlərimiz qəhrəmandır, onları yetişdirən valideynlər də qəhrəmandırlar. "Xatirə Kitabı Redaksiyası şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində kitablar çap edir.      "44 Gün-Tarixi Zəfər"in də birinci və ikinci cildləri  şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi işində mühüm rol oynayır. 

Şəhidlər haqda çox yazılır, amma bu yazılar onların yazdıqlarının yanında bir zərrədir. Şəhidlərimiz böyük qəhrəmanlıq dastanı yazıblar" deyə bildirən R. Tağızadə əlavə etdi ki, şəhid valideynlərinin hamısı bir-birinə bənzəyir, onlar hamısı bizə əzizdir. 

"Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir"

Sonra o, sözü Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya verdi. 

"Çıxışa başlamamışdan əvvəl tədbirə toplaşan şəhid ailələrinə, bu tədbirin təşkilində bizə köməklik göstərən Şəki Rayon İcra Hakimiyyətinə və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə öz təşəkkürümüzü bildiririk.

Bugünkü tədbirimizi Azərbaycanın Milli Qəhrəmanları Elşad Yəhyayev, Mikayıl Cəbrayılov, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılov, Xalq şairi Bəxtiyar Vahabzadə, professor Şirməmməd Hüseynov, yazıçı-dramaturq Mirzə Fətəli Axundov, yazıçı Sabit Rəhman, bəstəkar Emin Sabitoğlu və yüzlərlə şəxsiyyətlər yetişdirmiş qədim Şəki şəhərində keçiririk. 

Məlumat üçün bildirim ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir"-deyə N. Məmmədova bildirdi. 

N. Məmmədova qeyd etdi ki, kitabda əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür. 

"Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir. Əbəs yerə deyil ki, Respublika Xatirə Kitabını yaddaşımızın abidəsi adlandırırıq. 

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir. 

Respublika Xatirə Kitabı Redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür". 

"Vətən müharibəsində həlak olmuş üç mindən artıq şəhidlə bağlı..."

N. Məmmədova məlumat verdi ki, Respublika Xatirə Kitabı Redaksiyası həmçinin “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər artıq geniş ictimaiyyətə təqdim olunub. 

"Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç mindən artıq şəhidlə bağlı “44 GÜN – TARİXİ ZƏFƏR” adlı çoxcildliyi də tariximizin qan yaddaşıdır. Məlumat üçün bildirim ki, çoxcildliyin birinci və ikinci cildləri artıq geniş ictimaiyyətə təqdim olunub. Hazırda biz həmin kitabların təqdimatına toplaşmışıq. Kitabda Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib, digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür. 

“Heç kim unudulmur, heç nə yaddan çıxmır!” devizi ilə çıxış edən Xatirə kitabı xalqımızın qəhrəman övladlarının şücaətini, döyüş və hünər yollarını əks etdirən yeganə məlumat bazasıdır. Bu kitabın bugünkü və gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir. Redaksiya olaraq bunu ümummilli lider Heydər Əliyevin xalqımıza xüsusi diqqəti kimi qəbul edir, qayğısını bizdən əsirgəməyən ölkə rəhbəri, tarix yazan sərkərdə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk"-deyə N. Məmmədova bildirdi. 

"Tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq..." 

N.Məmmədova çıxışının sonunda "Son olaraq bildirim ki, xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları – öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötəcək, onlar heç vaxt unudulmayacaqlar.

Sağlamlıqlarını itirmiş qazilərimiz də bizim fədailərimizdir, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir. 

Bizə Qələbə sevinci yaşadan şəhidlərimizi anmaq, onların adlarını və xatirələrini əbədiləşdirmək bizim borcumuzdur. Şəhidlər bizim əbədiyyət ünvanımızdır. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qazilərimizə can sağlığı versin"-deyə bildirdi. 

"Elə bilirəm ki, o bayraq məni qoruyur" 

N. Məmmədovanın çıxışından sonra şəhid ailələri adından Vətən müharibəsi Qəhrəmanı Nail İbrahimlinin  anası Aqibət İbrahimova danışdı. "Biz oğullarımızın qəhrəmanlığı ilə qürur hissi keçiririk, fəxr edirik. Biz elə övladlar yetişdirib vətənə bəxş etmişik. Bütün şəhid anaları başı uca, qürurlu dayanmalıdır, övladımız torpaq yolunda şəhid olub. Bu bizim üçün fəxrdir. Hər birimizin qapımızdan üç rəngli bayrağımız asılıb, elə bilirəm ki, o bayraq məni qoruyur. Biz o bayrağa sarılmışıq, övladlarımızın tabutunun satıldığı bayrağa. Bizim oğulların xatirəsinin əbədiləşdirilməsində Xatirə Kitabı Redaksiyasının böyük əməyi var. Oğlumu və digər şəhidlərimizi unudulmağa qoymayan Xatirə Kitabı redaksiyasına minnətdaram, çox sağ olsunlar. Bu kitablar bizə bir təsəllidir, bir daha təsəlli alırıq ki, övladlarımız unudulmur, yaddan çıxarılmır, onların adları gələcək nəsillərə ötürülür"-deyə Vətən Müharibəsi Qəhrəmanın anası bildirdi. Gözləri yaşara-yaşara, ürəyi qan ağlaya - ağlaya danışırdı Vətən Müharibəsi Qəhrəmanının qürurlu anası. Gözlərini yaş, ürəyini dərd dağlasa da yenə də başını dik tutub danışırdı... Bir qəhrəmanın anasına da bu yaraşırdı.

Tədbirdə, həmçinin, "Vətən daşı və ya 44 günün dastanı" adlı layihə çərçivəsində Ömər Rəhimliyə həsr olunmuş film nümayiş etdirildi. Qeyd edək ki,  “Vətən daşı... və ya 44 günün dastanı” layihəsinin rəhbəri Nəzakət Məmmədova, ssenari müəllifi və rejissoru Vüsal Nurudur.  Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı çıxış etdi və şəhidlərə həsr olunmuş şeirlər səsləndirdi. 

Sonda Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi  "44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildi şəhid ailələrinə təqdim edildi. 

 Şəhid ailələri ilə görüş, onları dinləmək, övladları haqda xatirələrini duymaq bütün hallarda gözəldi, yaxşıdır, biz onların dillərindən düşən hər sözə həssaslıqla yanaşıb qələmə alacağıq. 

Qəzetimizin növbəti saylarında Şəki, Oğuz və Qəbələdən olan şəhidlərin valideynlərindən götürdüyümüz müsahibələri təqdim edəcəyik.

Şəhid oğulların qəhrəman valideynləri ilə bir görüşümüz də başa çatdı. Başı dumanlı, yaşıl getməli dağların ovcunda yerləşir Şəki. Qədimdən qədimdir, uludan ulu... Bu şəhərin sehrinə elə düşdük ki, az qala ordan ayrılmaq istəmirdik, amma yolçu yolda gərək... Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və kollektivlə, dostlarla Bakıya üz tutduq. Bu cəfakeş kollektivin gördüyü misilsiz işləri saymaqla qurtarmaz, hər şəhidin adına, hər şəhid ailəsinin sözünə həssaslıqla yanaşan bu kollektivin əməyi sayəsində neçə-neçə kitablar meydana gəlib və gələcək də. 

Şəhidlərin ruhunu xatırlamaq, adlarını kitablarda əbədiləşdirmək missiyasını uğurla daşıyan Xatirə Kitabı Redaksiyasının fəaliyyəti çox dəyərlidir. Bunu şəhid ailələri də, Respublika ictimaiyyəti də həmişə qeyd edir... 

İradə SARIYEVA
Bakı-Şəki-Bakı








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031