Moskva birjasında ABŞ sanksiyalarına görə dollar və avro ilə ticarət dayandırıldı...
Moskva birjasında dollar və avro ilə ticarət dayandırılıb. Buna səbəb Amerika tərəfindən Moskva birjasına qarşı tətbiq edilən məhdudiyyətlərdir.
“Amerika tərəfindən Moskvanın Fond Birjasına qarşı qəbul edilmiş məhdudlaşdırıcı tədbirlərə görə, birjada dollar və avro ilə ticarət və hesablaşma dayandırılıb”- deyə Rusiyanın Mərkəzi Bankının bəyanatında bildirilir.
Bu isə o deməkdir ki, banklar, şirkətlər və investorlar bundan sonra mərkəzi birja vasitəsilə heç bir valyuta ilə ticarət edə bilməyəcəklər.
Amerika tərəfindən yeni sanksiyaların tətbiq edilməsi haqda məlumat iki gün əvvəl açıqlanıb. Xəzinədarlıq Departamenti Rusiya Federasiyasının müdafiə və ya onunla əlaqəli iqtisadi sektorlarında, sənaye, texnologiya, nəqliyyat və maliyyə xidmətlərində fəaliyyət göstərən və ya işləyən 100-dən çox şirkətə qarşı Rusiyanın hərbi səylərinə verdiyi töhfələrə görə sanksiya tətbiq edib. Həmçinin Rusiya, Belarus, Britaniya Virciniya adaları, Bolqarıstan, Qazaxıstan, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası, Serbiya və Türkiyədən 90-dan çox fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edilib.
TAHİR