Ermənistan parlamenti qarışdı - Simonyan Ohanyanı tribunadan qovdu
Ermənistan parlamentinin spikeri Alen Simonyan müxalif "Hayastan" fraksiyasının rəhbəri, ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyanı parlamentin tribunasından qovub.
Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Belə ki, hadisə Simonyanla müxalif deputat Geqaq Nazaryan arasında mübahisə zamanı baş verib. Nazaryan iddia edib ki, parlamentin xidməti girişindən yalnız hakim partiyanı təmsil edən deputatlarının keçməsinə icazə verilib və onları girişdən buraxmayıblar.
Simonyan buna cavab olaraq Nazaryanı "qeyri-adekvat" adlandırıb. Seyran Ohanyan tribunaya qalxaraq Alen Simonyanı yalan danışmaqda ittiham edib. Spiker isə Ohanyanın özünün yalan danışdığını bildirib və onu tribunadan qovub.