Amerikalı aktyor milyonluq borcuna görə evindən çıxarılır...
Məşhur amerikalı aktyor Kevin Speysi milyonluq borclarına görə evindən məhrum edilib. Bu barədə aktyor Pirs Morqanla müsahibəsində danışıb. Göz yaşlarına qərq olan Kevin hazırda daimi yaşayış yerinin və pulunun olmadığını etiraf edib:
“Mənim evim hərracda satılır, ona görə də mən Baltimora qayıtmalı və əşyalarımı anbara qoymalıyam. İndi harada yaşayacağımı bilmirəm. “Kartlar evi” filminin çəkilişlərinə başladığımız vaxtdan Baltimorda yaşayıram. 2012-ci ildə oraya köçdüm. 2016-cı ildən bu evdə yaşayıram, amma indi ödənişləri edə bilmirəm. Hələ də milyonlarla borcum var. Bir neçə dəfə müflis olmağımla bağlı müraciət etmək istəmişəm, amma hər dəfə bundan yan qaçmışam".
Mətləb Salahov