Fransa polisi İran rejiminə müxalif olan təşkilatın qərargahına hücum edib
Fransa polisi paytaxt Parisdə İran hakimiyyətinə müxalif Xalq Mücahidləri Təşkilatının mənzil-qərargahına hücum edib. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, təşkilatın lideri Məsud Rəcəvinin səhhətində problem var və o, xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Xalq Mücahidləri Təşkilatı əvvəllər İraqda yerləşirdi. ABŞ və koalisiya qüvvələri burada Səddam Hüseyn hakimiyyətini devirdikdən sonra onların İraqdan Avropaya köçməsinə şərait yaradıb. Mücahidlərin üzvləri əsasən Fransa və Albaniyada yerləşir. Bir müddət əvvəl onların buradakı “Əşrəf 3” mənzil-qərargahına yerli polis hücum etmişdi.
Mətləb Salahov