ABŞ və Rusiya gizli ticarəti gücləndirir – ŞOK FAKTLAR!
Ukraynada nüfuz və mövqe mühaeribəsi aparan ABŞ və Rusiya sən demə deyilənlərin əksinə olaraq gizli ticarəti ildən-ilə artırırlar. Ukrayna torpaqlarında günahsız insanların qanını tökməkdə olan bu iki nəhəng supergüc, siyasət pərdəsinin arxasında güclü sövdələşmələr aparırlar. Xüsusilə bu il Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 20% artaraq 332 milyon dollara çatıb. Bunu RİA Novosti-nin təhlil etdiyi Amerika gömrük xidmətinin məlumatları sübut edir.
"Apreldə Rusiyanın ixracı 37% artaraq 298 milyon dollara çatıb", - hesabatda deyilir. Gübrələr Rusiyanın ABŞ-a satdığı əsas məhsul olaraq qalır (1,6 dəfə artaraq 164 milyon dollar). Sonra platin (32 dəfə artaraq 94,2 milyon dollar) və turboreaktiv mühərriklər (3 dəfə artaraq 101 milyon dollar) gəlir. Bütün bu faktlardan sonra gəlinən tək qənaət odur ki, müharibə siyasət vasitəsidir, ticarət və maraqlar isə heç vaxt dəyişilməzdir.
Mətləb Salahov