"Sudanlılar aclıq riski altındadır" - ÜST həyəcan təbili çalır!
Sudanlılar əsas səhiyyə xidmətlərinə çıxışın olmaması səbəbindən ölür və bəzi bölgələr aclıq riski altındadır. Bu barədə Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“Sudanda dünyanın ya unutduğu, ya da məhəl qoymadığı müharibə gedir”, - o deyib. “Ölkə dünyanın ən böyük humanitar böhranı ilə üzləşib. Münaqişədən təsirlənən ştatlarda xəstəxanaların 70 %-dən çoxu işləmir. İnsanlar əsas səhiyyə xidmətlərinə və dərmanlara çıxışın olmamasından ölür, bəzi bölgələrdə kütləvi aclıq riski çox realdır", - Qebreyesus əlavə edib.
Mətləb Salahov