“Mavi” qaz nəhayət Astaranın Səlivə kəndinə də çatdı...
Respublikamızın cənub qapısı olan Astaranın Səlivə kəndi dağların ətəyində qərar tutub. Kənddə 87 ailə təsərrüfatında 500 nəfərə yaxın əhali yaşayır. Kəndin payız-qış aylarında camaat evləri isitmək üçün yanacaq odun tədarük etməkdə çətinlik çəkirdi.
Bu günlərdə kəndə qaz xətləri çəkilərək problem aradan qaldırılıb. İndi şəlivəlilərin evlərində mavi qaz alovlanır. Qazın verilişinə ürəkdən sevinən kənd sakinləri sosial problemlərin həllinə göstərilən davamlı və yüksək qayğıya görə dövlət başçısına dərin minnətdarlıq bildirirlər.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü