Ermənistan parlamentinin binasına çox sayda polis yerləşdirilib - Paşinyandan açıqlama gəldi
Ermənistan hökuməti yalnız xalqın istəyi ilə istefa verə bilər. Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə parlament parkında jurnalistlər üçün keçirilən brifinqdə deyib.
“Ermənistan xalqı hakimiyyət dəyişikliyi istəyəsə, bu dəyişikliyi həyata keçirəcək”, - deyə hökumət başçısı müxalifətin onun istefası tələbi ilə təşkil etdiyi mitinq fonunda bildirib.
Nikol Paşinyan, həmçinin parlament binası yaxınlığına çox sayda polis qüvvələrinin və xüsusi texnikanın cəlb edilməsini “qanunvericilik orqanının normal fəaliyyətinin təmin olunması” zərurəti ilə izah edib.
ZÜMRÜD