Narkotikin təsiri altında qeyri-etik hərəkətlər edən sürücü həbs olundu
Paytaxtın Nərimanov rayonunun H.Əliyev prospektində “Toyota” markalı, 77-XA-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İsgəndərov Tahir Elşən oğlu qeyri-etik tərzdə avtomobil idarə etdiyi üçün Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı onun narkotik vasitə qəbul etməsi də müəyyənləşdirilib.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə T.İsgəndərovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.
ZÜMRÜD