Müttəfiqləri Makronun qərarından narahatdır - bizi fəlakətə sürükləyir...
Emmanuel Makronun koalisiyasına daxil olan parlament üzvləri prezidentin yeni parlament seçkiləri keçirmək qərarı ilə onları fəlakətə sürükləyə biləcəyindən ehtiyatlanır.
“Politico” nəşri bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.
“Fransa prezidentinin müttəfiqləri Avropa Parlamentinə seçkilərdə məğlubiyyətindən sonra Milli Assambleyaya növbədənkənar seçkilər təyin etmək barədə gözlənilməz qərar verən Emmanuel Makronun onları fəlakətə sürükləyə biləcəyindən qorxurlar”, - deyə nəşr yazır.
“Bloomberg” agentliyi isə Makronun Milli Assambleyanı buraxmaq və yeni parlament seçkiləri keçirmək qərarının onun rəhbərlik etdiyi “İntibah” partiyasında xaosa və qəzəbə səbəb olduğunu iddia edir.
ZÜMRÜD