Paşinyanın iclasda iştirakından əvvəl Ermənistan parlamenti alt-üst edildi
Ermənistanın baş naziri Nikol Paşinyanın parlament iclasında iştirakından əvvəl ölkənin Təhlükəsizlik Xidmətinin əməkdaşları zalda yoxlanışlar aparıb.
Trend xəbər verir ki, bununla bağlı Ermənistan parlamentindən videogörüntülər erməni KİV-də yayılıb.
Belə ki, Ermənistan Təhlükəsizlik Xidmətinin əməkdaşları zalda hər bir kreslonun altını yoxlayıblar.
Qeyd olunub ki, adətən, iclaslardan əvvəl burada parlamentin təhlükəsizlik üzrə əməkdaşları işləyir.