ABŞ Norveçə 2 milyard dollarlıq raket satacaq - Dövlət Departamenti icazə verdi
ABŞ Dövlət Departamenti Norveçə ümumi dəyəri təxminən 1,94 milyard dollar olan ortamənzilli “hava-hava” raketlərinin mümkün satışını təsdiqləyib. Bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb. Bildirilib ki, Norveç iqtidarı Vaşinqtondan 300 ədəd AMRAAM, həmçinin onlar üçün 20 istiqamətləndirmə sistemi tələb edib.
Bundan əlavə, sövdələşməyə köməkçi avadanlıqlar, xüsusilə ehtiyat hissələri, istehlak materialları, proqram təminatı, texniki sənədlər, eləcə də texniki və logistik dəstək daxildir.
Mətləb Salahov