KÖHNƏ VERSİYA            

“Azərbaycanfilm”in “başı başsızlıqdan” açılmır - təzə nə baş verir...

Image

Cəmiyyətdə “Azərbaycanda kino yoxdur”, “Azərbaycanda kino çəkilmir” ifadələrini tez-tez eşidirik. Bu fikri bildirənlər elə düşünürlər ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında yeni filmlər istehsal olunmur. Əslində isə “Azərbaycanfilm”də qısametrajlı və tammetrajlı filmlər istehsal olunur, animasiya filmləri də öz yerində. 

Lakin təəssüf ki, bu filmlər geniş tamaşaçı kütləsinə təqdim edilmədiyi üçün insanlarda belə mənfi rəy yaranır. Əlbəttə, bu da daha çox kinoya rəhbərlik edənlərin münasibəti yanaşması ilə bağlıdır. 

“Azərbaycanfilm” Kinostudiyası uzun illərdir ki, filmlərlə yox, daha çox rəhbər dəyişiklikləri ilə gündəmə gəlir. Çox işıqlı tarixi keçmişi olan “Azərbaycanfilm”in fəaliyyəti durğunluq, keçid dövründə zəiflədi, filmlər çəkilmədi, kino adamları bu qurumu tərk etdi, bir neçə kino fədaisinin hesabına onu qorumaq mümkün oldu, əlbəttə, dövlət də onun yaşaması üçün tədbirlər gördü. 

Kinostudiyanın ən ağır dövrləri keçən əsrin 90-cı illərindən  2000-ci illərin ortalarına qədər davam etdi desək, yanılmarıq, yəqin ki, bu məsələni peşəkarlar daha yaxşı şərh edə bilər.  2002-2011-ci illərdə “Azərbaycanfilm” kinostudiyasına xalq artisti Xamis Muradov rəhbərlik edib. Onun 11 illik rəhbərliyi dövründə kinostudiyanın ayağa qaldırılması, yeni layihələr hazırlanması yönündə xeyli işlər görüldü. Tariximizlə bağlı “Cavad Xan” filmi 2009-cu ildə meydana çıxdı, bu, kinostudiyanın və Azərbaycan kinosunun uğuru idi. 

X.Muradovdan sonra kinostudiyaya rəhbər vəzifəsinə təyin edilənlərin. demək olar ki, əksəriyyəti çox qısa müddətdə təşkilata rəhbərlik edə bilib, ya vəzifədən kənarlaşdırılıblar, ya da istefa veriblər. Cəmil Quliyev, Müşfiq Hətəmov kimi peşəkarlar kinostudiyanın rəhbəri olublar, amma sonra onlar da bu vəzifədən gediblər. 2022-ci ildə rejissor Fariz Əhmədov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasından direktoru vəzifəsindən ayrılıb. Qısa müddət ərzində kinostudiyaya rəhbərlik edən rejissorun birdən-birə müəmmalı şəkildə vəzifəsini tərk etməsi xeyli suallar doğurdu. F.Əhmədov öz sosial şəbəkə hesabında direktor vəzifəsində 17 ay çalışdığını yazırdı. “Bu vəzifədə çalışdığım 17 ay ərzində müxtəlif layihələr həyata keçirdik, qısametrajlı bədii, sənədli, tammetrajlı filmlər, bədii və sənədli seriallar ərsəyə gətirdik. Bir çox kino mütəxəssisləri ilə birlikdə çalışdıq. Yüzlərlə vətəndaşla ünsiyyətdə olduq”-deyə yazırdı. Amma vəzifədən getməsinin gerçək səbəblərini qeyd etmirdi. 

F.Əhmədovdan sonra “Azərbaycanfilm”in direktoru vəzifəsinə Nazim Hüseynov təyin olundu. Əksəriyyət düşünürdü ki, başı başsızlıqdan açılmayan kinostudiyanın yeni direktoru uzun illər bu sahəyə rəhbərlik edəcək, amma belə olmadı.   

Mətbuatda yayılan məlumata görə, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər. Bu xəbərin ardınca isə başqa bir xəbər yayıldı ki, direktor və müavini işdən çıxarılmayıblar, özləri istefa veriblər. Maraqlıdır, keçmiş direktorlar kimi, N.Hüseynovun da işdən çıxarılmasına, yaxud istefasının səbəblərinə dəqiq aydınlıq gətirilməyib. Onun və müavininin hansı səbəbdən istefa verdiyi məlum deyil. Bütün hallarda, istefanın bir səbəbi olmalı və o, ictimaiyyətə açıqlanmalıdır. Bu yazıda şayiələrə yer vermək fikrində deyilik, rəsmi açıqlamalara və obyektiv ekspert rəyinə üstünlük verəcəyik. Şayiərə qalsa, çox şeylər danışılır və bütün bunları araşdırmadan, tərəflərinin rəyini almadan yazmaq, yaymaq təbii ki, olmaz. Bizim üçün istefanın əsl səbəbi maraqlıdır.  

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin müvafiq şöbəsinə rəsmi sorğu göndərdik. Eyni zamanda bir neçə dəfə Nazim Hüseynovun özü ilə əlaqə saxlamağa cəhd göstərsək də, telefon zəngimizə cavab vermədi. 

Ramil Ələkbərov: “Sadəcə olaraq bu dəqiqə istehsal yoxdur, iş yükü azdır, “Azərbaycanfilm” Kinostudiyasında kino, film istehsalı dayandırılıb” 

Kinostudiyanın İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsinin rəhbəri Ramil Ələkbərov “Bakı-Xəbər”ə bildirdi ki, direktor, Əməkdar mədəniyyət işçisi Nazim Hüseynov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub: “Direktor işdən çıxmaq barədə ərizə yazıb, amma ərizədə işdən çıxmaq istəyinin səbəbi göstərilməyib. Nazirlik də ərizəni təsdiqləyib. Ondan əlavə, direktor müavini, prodüser Emil Nəcəfov və aparat rəhbəri Aydın Hüseynov da işdən çıxmaq haqda direktora ərizə təqdim ediblər. Direktor da onların ərizələrini təsdiqləyib. Kinostudiya rəhbərliyi bu ayın sonuna doğru artıq işdən gedir. Heç bir səbəb yoxdur. Sadəcə olaraq bu dəqiqə  istehsal yoxdur, iş yükü azdır, “Azərbaycanfilm” Kinostudiyasında kino, film istehsalı dayandırılıb”.

İstehsalın dayandırılması səbəbinə gəlincə, müsahibimiz “keçən ildən nazirlikdən şifahi şəkildə bildirildi ki, kinostudiyada film istehsalı olmayacaq”-deyə bildirdi. O vurğuladı ki, kinostudiyada kino istehsal olunub-olunmayacağı barədə onlara rəsmi heç nə deyilməyib, bu barədə rəsmi qərar yoxdur.

Kinostudiyada tez-tez direktor dəyişikliyi kinonun özünün inkişafına da ziyansız ötüşmür. Bizdə hələ kino sənayesi düz-əməlli qurulmayıb, prodüser institutu elə də inkiaf etməyib, belə hallarda kino istehsalına flaqmanlıq edən bir qurumda bu halların baş vermə səbəbinə konkret izah verilməlidir. Rəsmi izahdan söhbət gedir. Şayiələrə qalsa, çox şey yazmaq olar… 

Nazirliyin mövqeyi yazı çap olunana qədər gəlmədiyi üçün ekspert rəyi öyrəndik. 

Xəyalə Rəis: “Kinostudiyanın istefa verən rəhbəri də bu addımı atmasının səbəbini açıqlamalıdır ki, şayiələrə, söz-söhbətlərə son qoyulsun” 

Sənətşünas, Moderator.az saytının baş redaktoru  Xəyalə Rəis “Bakı-Xəbər”ə şərhində çox ilginc məqamlara toxundu: “Ötən il Hesablama Palatası Mədəniyyət Nazirliyində və onun qurumlarında yoxlamalar apardıqda ortalığa belə bir nəticə çıxmışdı ki, burada yeyinti halları baş verib”.

X.Rəis rəsmi məlumatlara istinad edərək bildirdi ki,  yoxlama  Mədəniyyət Nazirliyi və Kino Agentliyi publik hüquqi şəxs tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi və kino tədbirlərinin keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin, eləcə də kinostudiyalar tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyıb, 2022-ci ili və 2023-cü ilin 01 avqust tarixinədək olan dövrü əhatə edib. O, vurğuladı ki, audit həmçinin C.Cabbarlı adına "Azərbaycanfilm”, “Salnamə” və “Filming Azerbaijan” studiyalarında, eləcə də, Azərbaycan Dövlət Film Fondunda həyata keçirilib.  

“Hesablama Palatasının yaydığı açıqlamadan açıq görsənirdi ki, əvvəlki dövrlərdə keçirilən audit nəticəsində müəyyən edilən nöqsanlar sonrakı dövrlərdə aradan qaldırılmayıb. 

X.Rəis qeyd etdi ki, auditin nəticələri ortaya çox mətləbləri çıxarır. O vurğuladı ki, bu məsələlər əlaqədar qurumlar tərəfindən öz qiymətini alacaq. 

Mütəmadi olaraq “Azərbaycanfilm”in keçirdiyi tədbirlərdə biz ssenaristləri, kinorejissorları danışdıranda onlar qeyd edirdilər ki, biz bu layihələrdə qalib olsaq da, amma illərdir qonorarımızı ala bilməmişik. İndiyə qədər nə

qədər rejissor, nə qədər ssenarist öz qonorarını ala bilməyib, “Azərbaycanfilm”in onlara borcu var. Auditin nəticələrindən çıxış etsək, görsənir ki, ortada  külli miqdarda maliyyə yeyintisi var. Məncə, bu da nazirliyə və bu sahədə təmsil olunanlara məlumdur. Mən hələ ortalıqda mövcud olan söz-söhbətləri demirəm, Azərbaycan kinosuna ayrılan vəsaitrlərin göyə sovrulmasından danışmıram.  Mənə elə gəlir ki, bu məsələ əlaqədar qurumlar tərəfindən araşdırılmalıdır. Halbuki, Hesablama Palatası bütün faktları üzə çıxarmışdı, təkrar yoxlanışa ehtiyac da yox deyil. Heç kəsi ittiham etmək fikrində deyiləm. Bu məsələni şəxsiləşdirmək, fərdiləşdirmək düzgün deyil, ona kompleks yanaşılmalıdır. Ölkənin əsas kinostudiyası iflic vəziyyətə salınıb, bu böyük bir problemdir. Bu da ayrı bir problemdir. Bilmirsən, nə baş verir ki, bura rəhbər təyin edilən şəxslər uzun müddətli işləmək istəmir.  

Bütövlükdə, “Azərbaycanfilm”ə kim rəhbərlik edirsə, hansısa səbəbdən tezliklə vəzifəsini tərk edir. Bu məsələyə aydınlıq gətirilməlidir ki, vəziyyət hər kəsə aydın olsun. Elə kinostudiyanın istefa verən rəhbəri də bu addımı atmasının səbəbini açıqlamalıdır ki, şaiyələrə, söz-söhbətlərə son qoyulsun”-deyə o qeyd etdi. 

X.Rəis bir daha vurğuladı ki, baş verənləri analiz edib nəticəyə gəlmək üçün mütləq mənada Hesablama Palatasının yoxlamasının nəticələri nəzərdən keçirilməlidir, onda hər şey aydın olar.    

Sorğumuza cavab göndərilsə, Mədəniyyət Nazirliyinin də mövqeyini dərc edəcəyik. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031