Erkən evliliyə daxil olmağa məcbur etməyə görə cəzalar müəyyənləşir
Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etməyə görə cəzalar müəyyənləşir. Bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirilən iclasında müzakirəyə çıxarılmış Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Qanun layihəsinə əsasən, nikaha daxil olmağa məcbur etməyə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur. Eyni zamanda, nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcburetməyə görə, üç min manatdan dörd min manatadək miqdarda cərimə, yaxud dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması təklif edilir.
NAMİQ