Putin qərar verdi - Rusiyada nüvə qüvvələrinin təlimləri başlayıb
Rusiyada qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsi başlayıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Rusiya Prezidentinin qərarına əsasən, qeyri-strateji nüvə qüvvələrinin təlimlərinin ikinci mərhələsinə başlanılıb”, - məlumatda qeyd edilib.
Bildirilib ki, təlimlər zamanı Rusiya və Belarus Silahlı Qüvvələrinin bölmələrinin qeyri-strateji nüvə silahlarının istifadəsi üzrə birgə hazırlanması məsələləri işlənəcək.
Mətləb Salahov