10 gün 4 saat musiqi səsləndirdi, dünya rekordu vurdu
İtalyan dicey Faber Moreira (Fabrizio Morero) gecə klubunda 10 gün 4 saat musiqi səsləndirərək dünya rekordu vurub. Bu barədə Ginnesin Rekordlar Kitabı məlumat yayıb. Bundan əvvəlki rekord isə 10 il əvvəl Dublində polşalı dicey Norberto Loko tərəfindən qeydə alınıb. O, Moreiradan 44 saat az çıxış edib.
Mayın 15-də ifasına başlayan musiqiçi ayın 26-da çıxışını tamamlayıb. Onun səhnəsi lazım olan hər şeylə təchiz olunub. Moreira şəxsi məşqçi, dietoloq, fizioterapevt və yoqa göstərişlərinə əməl edərək iki il ərzində bu rekord üçün hazırlaşıb.
Mətləb Salahov