Əli Əsədov Mixail Mişustinlə telefonla danışıb
Baş nazir Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinlə telefonla danışıb. Trend xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, baş nazirlər Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığı müzakirə ediblər
"Hökumət başçıları ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər. Müxtəlif sahələrdə qarşılıqlı maraq kəsb edən birgə böyük layihələrin icrasına xüsusi diqqət yetirilib", - məlumatda deyilir.