Simonyan bu dəfə bərk sərsəmlədi – “Rusiya 44 günlük müharibə yanımızda olub Azərbaycanı vurmalı idi”
Ermənistan parlamentinin spikeri Alen Simonyan yenə açıb “gül ağzını”, ağlına gələnləri erməni mediasına danışıb. Daima anti-Rusiya isterikası ilə gündəmdə olan bu dilentant siyasi erməni uşağı bu dəfə də Kremli hədəfə alıb. Amma.. amma bu dəfə işin içinə Azərbaycanı da qatıb. Erməni spiker jurnalistlərə bildirib ki, Ermənistan Rusiyaya uşaq “sadəlövhlüyü” ilə inanıb. “Ermənistan uşaq sadəlövhliyi ilə Rusiyanın onu tək qoymayacağına, erməni xalqının onu “tərk etməyəcəyinə” inandı”. A. Simonyanın fikrincə, Rusiya 44 günlük müharibədə Ermənistanı aldadıb, tək qoyub. O Rusiyanın Ermənistana əməldə deyil, sadəcə diplomatik şəkildə “müttəfilqik” göstərdiyini, əməli iş görmədiyini açıqlayıb.
“Mən ABŞ donanmasının İsrail sərhədlərinə yaxınlaşaraq İsrailə düşən raketləri vurmağa başladığını, təyyarələrin Kiprdən havaya qalxaraq İsrailə müttəfiq kimi kömək etməyə başladığını bir az təəccüb və həsədlə izlədim. 44 günlük müharibə zamanı Xəzər dənizində doğrudanmı Azərbaycana yaxınlaşacaq bir gəmi yox idi?”. O sözlərinə davam edərək bildirib ki, bildirib ki, Rusiya Ermənistana özünü müdafiə etməyə çalışmaqdan başqa seçim qoymayıb.
Açıq-aşkar erməni hiyləgərliyi! Bunların daşnakı da, kommunisti də eyni beynin ideoloji məhsullarıdır. Baxın, guya bu öz ağlınca Ermənistandakı ruspərəstləri gözdən salmaq, erməni cəmiyyətində Rusiyanın Ermənistana qarşı satqın obrazını daha da genişləndirmək üçün çalışır. Axı bütün tarixi boyu onun-bunun siyasi marionetkası rolunda oynamış bir ölkə necə 44 günlük müharibədə Rusiyanın işğalçı irəvana hərbu dəstəyini gözləyə bilər?. Bəyəm Kremldəkilərin ağlı o dərəcədə itib?. Özü də məhz 44 günlük müharibədə Rusiyanın Ermənistanın tərəfində durub Azərbaycanı vurmamasını xəyanət adlandırır bu siyasi marionetka!
Açıq-aşkar görünür ki, erməni siyasi dairələri bu cür xəstə təfəkkürdən hələ uzun əsrlər xilas olası deyil. Bunların düşüncə tərzi elə budur və göründüyü kimi, qərbyönümlüsü də, rusyönümlüsü də daima belə düşünür. Bir sözlə, belə qonşulara görə heç zaman çomağı əldən buraxmamalıyıq. Şaumyan da belə idi, indiki Simonyan da eynisidir...
Mətləb Salahov