Ermənistandan itkin düşmüş əsgərimizlə bağlı açıqlama - sərhədi keçməyib...
Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan Ordusunun itkin düşmüş hərbi qulluqçusu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumatda qeyd olunub ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə Azərbaycan əsgərinin Ermənistan sərhədini keçdiyinə dair məlumat daxil olmayıb.
"Başqa məlumat daxil olarsa, rəsmi açıqlama veriləcək", - Ermənistan MTX-dən bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb. Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.