"COP29-da Paris Sazişi çərçivəsində maliyyələşdirmənin təkrar nəzərdən keçiriləcəyi gözlənilir" - BMT nümayəndəsi
COP29-da Paris Sazişi çərçivəsində maliyyələşdirmənin təkrar nəzərdən keçiriləcəyi gözlənilir. Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi Bakıda "Dayanıqlı inkişaf: problemlər və həllər" mövzusunda keçirilən tədbirdə deyib.
"Hələ 2015-ci ildə, Paris Sazişi imzalananda, iqlim layihələrinin ildə 100 milyard ABŞ dolları dəyərində maliyyələşdirilməsi nəzərdə tutulurdu. İndi COP29-da Paris Sazişini imzalamış üzv dövlətlər yeni maliyyə hədəfi təyin etmək niyyətindədir. Bu məbləğin ildə 100 milyard dolları keçəcəyi gözlənilir", - deyə o vurğulayıb.