Pirallahıda dənizdə bir nəfər batıb
Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayış massivində dənizdə bir nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayış massivinin yaxınlığında, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək.
Mətləb