Şimali Koreya dinc durmur - Cənubi Koreyaya zibil dolu hava şarları göndərib...
İyunun 9-dan 10-na keçən gecə Şimali Koreya Cənubi Koreya ərazisinə tullantılarla doldurulmuş 310-a yaxın hava şarı buraxıb. Bu barədə Yonhap agentliyi məlumat yayıb. Bildirilib ki, polietilen torbalarda tullantı kağız şarlara yüklənib. Hələlik analizlərə görə, heç bir təhlükəli maddə aşkar edilməyib.
KXDR liderinin bacısı Kim Yo Çenq iyunun 8-dən 9-na keçən gecə 1400 şardan istifadə edildiyini bildirmişdi. Həmin vaxt Cənubi Koreyaya 7,5 ton tullantı kağız göndərilmişdi.
Mətləb Salahov