Bu afrika ölkəsində vətəndaşlara pul paylanılacaq - dünyada BİR İLK...
Cənubi Afrika Respublikasında mayın 29-da keçirilən ümumi seçkidə ölkənin hakim Afrika Milli Konqresi (ANC) partiyası çoxluğu itirdikdən sonra dramatik siyasi dəyişikliklər yaşanır. Hazırda ən böyük rəqibi olan Demokratik Alyansla koalisiya danışıqları aparan ANC iddialı qanun layihəsi ilə çıxış edib. Layihənin məqsədi ölkə ailələrinə maddi dəstəyi artırmaqdır.
Sənədə əsasən, ölkədəki 18-59 yaş arası bütün vətəndaşlara iş axtarışı şərti olmadan müntəzəm müavinətlərin ödənilməsi həyata keçiriləcək. Əgər layihə qəbul edilərsə, CAR dünyada ilk belə dövlət olacaq.
Mətləb