Azərbaycan şahmatçısı beynəlxalq turnirin qalibi oldu
Azərbaycan şahmatçısı Vasif Durarbəyli ABŞ-da keçirilən "Las Vegas International" turnirinin qalibi olub. 32 yaşlı qrossmeyster bu barədə feysbuk hesabında paylaşım edib. V.Durarbəyli 9 oyunda 7,5 xal toplamaqla birinci olub.
O, ötən il eyni yarışda birinciliyi bölüşdürdüyünü xatırladıb və həmin vaxt keyfiyyətin onu qane etmədiyini vurğulayıb: "Bu dəfə həm nəticə, həm də oyunların keyfiyyəti məni sevindirdi".
Mətləb