Hərbi qulluqçumuz naməlum şəraitdə itkin düşüb - Müdafiə Nazirliyi MƏLUMAT YAYDI
![Image](/uploads/posts/2024-06/17179948864524721930_1200x630.webp)
Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyinin məlumatında deyilir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.
Vurğulanıb ki, hərbi qulluqçunun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.
Mətləb Salahov