Azərbaycanın Avropada ən qatı düşməni seçkidə ağır məğlubiyyət "qazandı"....
"5 gün əvvəlki statusumda yazdığım kimi oldu- Avropa parlamentinə seçkilərdə Fransa üzrə ümumi nəticələrdə Makronun " Dirçəliş " partiyası biabırçı şəkildə məğlub oldu.Biabırçılıq o həddədir ki, Makron Fransa parlamentini buraxmağa və 30 iyun, 7 iyul tarixlərinə yeni seçki təyin etdi.Makronun partiyası Avropanın sağ mərkəzçi düşərgəsini təmsil edir.Lakin bu məğlubiyyət sağ mərkəzçi ideologiya ilə qəti bağlı deyil.Müqayisə üçün deyim ki, Avropa komissiyasının hazırkı sədri Ursula fon der Lyayen də ölkəsi Almaniyanın sağ mərkəz qüvvələrini təmsil etdiyi halda Avroparlament seçkilərində qalib gəlib.Ümumən onun başçılıq etdiyi sağ mərkəzçi Avropa Xalq partiyası fraksiyası 181 deputat mandatı qazanıb."
Bu fikirlər “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində paylaşdığı statusunda yer alır. A.Quliyev daha sonra yazır: "Proseslərin bir maraqlı təzahürü də odur ki, Fransanın ultra sağ qüvvələri və Makronun əbədi " qənimi" sayılan Mari Li Penin Milli birlik partiyası onu üstələdi.Ən diqqətçəkən nüanslardan onu da deyək ki, siyasətdə "saç - saqqal " ağartmış Makron gənc fransız millətçisi Bardellaya məğlub oldu.
Əlbəttə, Makron üçün bu məğlubiyyət birdən- birə ortaya çıxmış nəticə deyil.Onun 2018- ci ildən bəri apardığı uğursuz daxili və xarici siyasətin hər addımı öz işini gördü.Müstəmləkələr ayağa qalxıb,keçmiş müstəmləkə cinayətləri bir- bir açılır, xalq narazıdlr, dövlət Cənubi Qafqazda hörmətini və Azərbaycan kimi ölkəni itirdi.Makron Fransanın ad- sannı erməni lobbiçiliyinin ayaqları altına atdı...
Avropa parlamentinə seçkilərdə uduzdu.Milli parlament seçkilərində də yəqin ki, daha ağır məğlubiyyət zərbəsi alacaq."
Mətləb