Polşa millisinə ŞOK - Bu futbolçu AVRO-2024-ü buraxacaq
Futbol üzrə Polşa millisinin futbolçusu Arkadiuş Milik bu il Almaniyada keçiriləcək Avropa çempionatını buraxacaq. Bu barədə komandanın baş məşqçisi Mixal Probej məlumat verib. Ukraynaya 3:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçında xəsarət alan 30 yaşlı hücumçu zədə səbəbindən turnirdə iştirak etməyəcək.
Forvard başa çatan mövsümdə İtaliyanın "Yuventus" klubunun heyətində 36 matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Mətləb