Almaniyadan QƏRAR - əsgər sayı 465 min nəfərə çatdırılacaq
Almaniya dövləti öz Silahlı Qüvvələrinin sayını daha 75 min əsgər artıracaq. Bu barədə "Spiegel" qəzeti rəsmi sənədlərə istinadən yazır.
Nüfuzlu alman nəşrinin məlumatına görə, Bundesverin şəxsi heyəti əvvəllər planlaşdırılan 275 min əvəzinə 200 minə qədər artmalı və ümumi sayı 465 min hərbçiyə çatmalıdır. Almaniyanın Müdafiə Nazirliyi NATO-nun qarşılıqlı müdafiə haqqında nizamnaməsinin 5-ci maddəsinin tətbiqi halında bunun lazım olduğunu açıqlayıb.
Mətləb