Rusiya Yuliya Timoşenkonu axtarışa verdi
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonu axtarışa verib. Belə ki, nazirliyin axtarış məlumat bazasında yerləşdirilən iş materialında Timoşenkonun Rusiyanın Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olduğu bildirilir. Digər təfərrüatlar barədə məlumat verilmir.
Qeyd edək ki, 63 yaşlı Timoşenko 2005-ci ilin fevral-sentyabr aylarında və 2007-ci ilin dekabrından 2010-cu ilin martına qədər Ukraynanın baş naziri olub.
Mətləb