DİN sosial şəbəkələrlə bağlı vətəndaşlara müraciət etdi - ayıq-sayıq olun, bank əməkdaşı olsa belə...
Daxili İşlər Nazirliyi vətəndaşlara internet resurslarında ayıq-sayıq olmaları ilə bağlı müraciət edib.
Müraciətdə bildirilib ki, vətəndaşlar sosial şəbəkələrdə tanımadıqları, etibar etmədikləri səhifələrdən alış-veriş etməsin.
"Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank karlarınızdakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu(3D secure) heç kəsə təqdim etməyin. Hətta bu bank əməkdaşı olsa belə.
Saxta xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin", - deyə müraciətdə qeyd edilib.
NAMİQ