Bayden Makronun Ukraynaya hərbi təlimçi göndərmək ideyasını dəstəkləmədi
ABŞ prezidenti Co Bayden Fransa prezidenti Emmanuel Makronun Ukraynanın Silahlı Qüvvələrinə təlim keçməsi üçün hərbi təlimçi göndərmək ideyasını dəstəkləməyib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, Makron Fransanın Ukrayna pilotlarına təlim keçəcəyini açıqlayıb.
Xatırladaq ki, bu yaxında "Reuters" agentliyi Fransanın yaxın zamada Ukraynaya hərbi təlimçilər göndərəcəyinə dair məlumat yaymışdı.
Məlumatda qeyd olunmuşdu ki, Fransa başlanğıc mərhələdə Ukraynaya məhdud sayda təlimçi, daha sonra isə yüzlərlə mütəxəssis göndərməyi planlaşdırır.